banner
banner

Dünya

Rusiya səhvən kürd yaraqlıları bombalayıb

Rusiya səhvən kürd yaraqlıları bombalayıb

Suriya ilə İraqlın sərhədindəki Haseki əyalətinin cənub-şərqində yerləşən Əl-Hol rayonunda Rusiya hərbi təyyarələri səhvən YPG kürd terror təşkilatının düşərgələrini bombalayıb. Xatırladaq ki, YPG - PKK terror təşkilatının Suriya qolu olan PYD-nin hərbi törəməsidir.

Virtualaz.org saytı «Rosbalt» agentliyinə istinadən xəbər verir ki, rusiyalı pilota yanlış koordinatlar verilib və o, YPG-nin vacib mənzil-qərargahının yerləşdiyi ərazini bombalayıb. Məlumatda bildirilir ki, Rusiya bu bombardmanın nəticələrini kompensasiya etmək üçün zəruri olan hər şeyi etməyə hazırdır.

Bəzi mənbələrə əsasən, kürd təşkilatı canlı qüvvədə və ciddi maddi itkilərlə üzləşib.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.