banner
banner

Sosİal

Azərbaycan telekanallarının ən böyük problemi - VİDEO

Azərbaycan telekanallarının ən böyük problemi

Son vaxtlar ailə münaqişəsi zəminində faciələrin artmasından sonra cəmiyyətdə zorakılıqların qarşısının alınması üçün bir sıra təkliflər gündəmdədir.
CİA.az-ın ANS TV-yə istinadn məlumatına görə, bu təkliflərdən biri də xüsusilə ucqar bölgələrdə maarifləndirmənin gücləndirilməsi üçün sosial çarxların hazırlanmasıdır. Amma nəzərə almaq lazımdır ki, sosial çarxların efirdə yayımını əngəlləyən məqamlar var.
Ailədə baş verən istənilən zorakılıq halları çox vaxt cəmiyyətdə gizlin qalır. Ancaq bunun acı nəticələri, sonradan ictimaiyyətə məlum olur. İnsanları pis əməllərdən çəkindirməyin, ictimaiyyəti maarifləndirməyin ən yaxşı yolu, onların daim istifadə etdiyi vasitələrin bu işə cəlb olunmasıdır. Bu baxımdan televiziyaların rolu danılmazdır.
Uşağın göz yaşlarını silməyən onunla birgə ağlar. Azərbaycanda müxtəlif səpgidə maariflədirici yöndə sosial çarxlara böyük ehtiyac var. Xüsusilə də bu sosial çarxlarda tanınmışların çəkilməsi insanlarda daha inandırıcı effekt yaradır.
Maarifləndirici sosial çarxlara tanınmış simaların çəkilməsi, onları daha təsirli edir. Ailədə qadınlara, uşaqlara, qarşı zorakılıqlara son qoymaq məqsədilə çəkilən bu cür çarxlar, bəzi dövlət qurumları tərəfindən aparılan profilaktik tədbirlərdən daha effektivdir. Amma burada bir nüans var. Azərbaycanda sosial çarxlar qanunvericiliyə əsasən, kanalların yeganə gəlir mənbəyi olan reklam blokunun içində təqdim olunur. Ona görə də efirə gedən belə pulsuz çarxların yayımlanması kanalların maddi marağında deyil.
"Təklif etmişdim ki, Maliyyə Nazirliyi müvafiq qurumlara, məsələn, Təhsil, Səhiyyə nazirlikləri, eləcə də ailə və qadın məsələləri ilə məşğul olan komitələrə vəsait ayrılsın. Bunun müqabilində onlar sosial xarakterli roliklər hazırlasınlar ki, bu roliklər özəl telekanalarda nümayiş etdirilsin. Əlbəttdə ki, telekanaların gücü çatmır ki, bu rolikləri hazırlasın. Məsələn, Türkiyə və Rusiyada sosial səpgidə roliklər vaxtaşırı nümayiş etdirilir. Nəticədə bu roliklərin çox böyük müsbət təsiri olur”, deyə millət vəkili Elmira Axundova bildirib.
Ona görə də qanunvericlikdə dəyişiklərin edilməsi vacibdir. Bir çox ölkələrin reklam qanununa əsasən sosial çarxlar reklam blokundan əvvəl yayımlanır və belə çarxlar kanalın imicinə müsbət təsir göstərir.
Reklamçılar İttifaqının vitse-prezidenti Səyalı Səfərova qeyd etdi ki, telekanalın büdcəsində vəsait çatmırsa və verilən reklamlara onun ehtiyacı varsa, telekanal necə öz cibindən verə pul bilər:

“Televiziya özü-özünü maliyyələşdirdiyinə görə, onun büdcəsinə pul gəlmədiyinə görə, dövlət tərəfindən verilən hər hansı bir sosial reklam dövlət tərəfindən verilirsə, dövlət tərəfindən maliyyələşməlidir”.
Sosial çarxlar çəkmək baxımından daha təcrübəli olan ölkələr, ən məşhur aktyor, müğənni, idmançı və ya siyasi xadimlərin köməyindən istifadə edir. Onlar isə belə sosial roliklərə təmənnasız çəkilməklə, tamaşaçıların rəğbətini qazanmış olur. Həssas mövzularda çəkilən belə çarxlar, hətta ən zalım insanın hislərinə toxunaraq, onu törədə biləcəyi istənilən qəddar hərəkətdən çəkindirmək məqsədi güdür.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.