Rusiya prezidenti Vladimir Putin bu ilin ən nüfuzlu lideri seçilib.
CİA.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Putin Frans Press agentliyinin dünyanın ən nüfuzlu şəxsləri ilə bağlı hazırladığı siyahıya başçılıq edir.
Sorğuda agentliyin dünyanın müxtəlif yerlərində çalışan 380 əməkdaşı iştirak edib. Siyahıda şahzadə Diana və İŞİD tərəfindən başı kəsilən Ceyms Foulinin valideyni Con Fouli də yer alıb. Yeri gəlmişkən dünyanın ən nüfuzlu şəxslərinin reytinq siyahısında İŞİD lideri Əbubəkir əl Bağdadinin adı da var.
Qeyd edək ki, Frans Press agentliyinin ötən il hazırladığı reytin siyahısına ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snouden başçılıq edirdi.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.