Əməkdar artist Mətanət İsgəndərliyə səhnəmizin "kleopatrası" adı verilib. Müğənni bu haqda “ATV maqazin onlarla” verlişində danışıb: “Mən şou-biznesin kleopatrasıyam. Biri var özün-özünə bu adı verəsən, bu gülməli çıxar. Biri də var sənə insanlar bu adı verir”. M.İsgəndərli bu titulu 20 ildən çoxdur daşıdığını deyib:
“20 ildir ünvanıma bu adı eşidirəm. İlk solo konsertimdə kleopatra obrazında fotosessiyam oldu. Əvvəldən bilmirdim ki, afişalarda mən bu fotolarla təqdim ediləcəm. Konsertdən sonra səhnəyə kleopatra kimi çıxmaq təklifləri gəldi. Yalançı ilan da tapıb gətirdilər ki, boynuma dolandırım. Hətta onu da deyim ki, ilk Hürrəm Sultan obrazını da mən etmişəm. Sonradan dəb halını aldı. Bundan sonra yəqin özünə “kleopatrayam" deyənlərin də sayı çoxalacaq”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.