banner
banner

Hərbİ

Bu il Azərbaycan 8 hərbi qulluqçusunu itirib

Bu il Azərbaycan 8 hərbi qulluqçusunu itirib
2016-cı ildə Azərbaycan Təhlükəsizlik və Müdafiə sektorunda 8 hərbi qulluqçu dünyasını dəyişib.
Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (Caspian Defense Studies Institute – CDSI) məlumatına görə, dünyasını dəyişənlərin 4-ü döyüş, 4-ü qeyri döyüş itkisidir.
Azərbaycan Silahlı Qüvvələrin 4 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub. Bundan başqa, bir hərbi qulluqçu avtomobil qəzası, bir əsgər xəstəlik nəticəsində, bir nəfərin bədbəxt hadisədən dünyasını dəyişib. Bir nəfər əsgər yoldaşının açdığı atəş nəticəsində ölüb.
 
Dünyasını dəyişənlərin 5-i əsgər, ikisi müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu, 1 nəfər leytenant rütbəli zabit olub. Dünyasını dəyişənlərin 7-si Müdafiə Nazirliyinin, 1-i Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları olub.
 
Ötən dövrdə bir hərbçi (MN) avtoqəza nəticəsində xəsarət alıb, bir nəfərsə (DTX) təlim zamanı qumbara partlaması nəticəsində xəsarət alıb ("Amerikanın səsi").
Cia.az 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.