banner
banner

Gündəm

Kreditorların Telman İsmayılova kütləvi hücumu: 10 iddia var

Kreditorların Telman İsmayılova kütləvi hücumu:

Azərbaycanlı oliqarx Telman İsmayılova borc verən və geri ala bilməyən 10 hüquqi şəxs ona qarşı məhkəmə iddiası qaldırıb.

Kreditorlar Moskva vilayəti üzrə Arbitraj məhkəməsinə müraciət edərək Telman İsmayılovdan üst-üstə 140 milyard rubl və 286.4 milyon dollar tələb edirlər.  İddialar ayrı-ayrı vaxtlarda  qaldırılıb. Borc tələb edənlər arasında VTB qrupuna daxil olan”Bank Moskva” da yer alır. Bank T.İsmayılovdan 286.4 milyon dollar və 3.3 milyard rubl tələb edir. Qalan kreditorların T.İsmaılovdan borc tələblər rubll ifadə olunub. Onların arasında “Akila Trading Limited”, “Perveloc İnvestment Trading”, “Atlas Finans” və digərləri də var. Lakin T.İsmaylovun ödəmə qabiliyyəti yoxdur. Ötən ilin dekabrında məhkəmə onu müflis kimi tanıyıb. T.İsmayılovun borcları cəmi 600 milyon dollara yaxındır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.