Bir çox layihənin müəllifi Ruhi Əliyevanın təqdimatında yayımlanan “Dəb Siz” verilişinin növbəti efiri də maraqlı anlarla yadda qalıb.
Axşam.az-ın məlumatına görə, bu dəfə qəhrəman Fərqanə Eyvazovanın xarici görünüşündə problem olduğu kimi, qarderobu da ürəkaçan olmayıb. Qonağın əsas problemi isə daim qısa ətək və hündürdaban ayaqqabılara müraciət etməsidir. Fərqanənin açıqlamasına görə, onun donlarının ətəklərini həyat yoldaşı qısaldıb. Belə ki, o, xanımına uzun geyimlərin yaraşmadığını düşünüb. Verilişin formatına uyğun olaraq əsas qəhrəmanı modelyer Afaq İsmayılzadə tənqid edib. Jurnalist Türkan Məmmədli isə onun tərəfini saxlayıb. “Dəb Siz”in müəllifi və əsas siması Ruhi Əliyeva isə bacardıqca haqlı olmağa çalışıb.
Proqramda ekspert rolunda əməkdar artist Nahidə Orucova, müğənni Vüqar Muradov və jurnalist Vüqar Vüqarlı çıxış ediblər. “Dəb Siz” verilişinin sonunda Fərqanənin imici dəyişdirilib.
Qeyd edək ki, “Dəb Siz” hər həftənin bazar ertəsi saat 12:00-da ATV kanalında yayımlanır.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.