banner
banner

Hərbİ

Ermənistanın müdafiə naziri Azərbaycanla genişmiqyaslı müharibədən danışdı

Ermənistanın müdafiə naziri Azərbaycanla genişmiqyaslı müharibədən danışdı
Ermənistanın müdafiə naziri Seyran Ohanyan Azərbaycanla genişmiqyaslı müharibə haqqında danışıb. ANS PRESS-in məlumatına görə,  Ohanyan bu barədə erməni mətbuatına açıqlama verib.
Əgər hərbi hərəkətlər olacaqsa, biz vətənimizi qorumalı olacağıq.
Müdafiə nazirinin sözlərinə görə, erməni ordusu hər gün müharibəyə hazırlaşır.
"Müharibənin yenidən başlaması Qarabağ münaqişəsinin erməni xalqı üçün nə qədər müqəddəs olmasından asılıdır”, - deyə Oanyan bildirib.
 
Onun sözlərinə görə, müharibəyə hazır olmaq üçün Müdafiə Nazirliyi, Baş qərargah və və digər müvafiq qurumlar daim işlər görür işlər görür: "Amma yaranmış hərbi-siyasi vəziyyət, regional və beynəlxalq inkişaflar bu gün genişmiqyaslı müharibənin başlana biləcəyini göstərirmir. Biz bütün işlərimizi milli və beynəlxalq zəmanətlərin formalaşması yolu ilə edirik. Amma əgər hərbi manevrlər olacaqsa, biz vətənimizi qorumalı olacağıq".
 
Seyran Oqanyan Ermənistanın müdafiə naziri
 
Cəbhə xəttində baş verən son gərginliklərdən sonra Ermənistan rəhbərliyinin Azərbaycan-Ermənistan dövlət sərhədinə və Dağlıq Qarabağ zonasına səfərləri artıb. Həmçinin Ohanyan yenə sərsəm bəyanatlar yaymağa başlayıb.
 
Keçən ay Ohanyan qondarma Dağlıq Qarabağ respublikasına səfər edib. O, qondarma respublikanın "prezidenti" Bako Saakyanla görüşüb. Görüşdə qondarma rejimin "müdafiə naziri" Levon Matsakanyan iştirak edib. Ümumilikdə son vaxtlar Ermənistan rəsmilərinin Dağlıq Qarabağa səfərlərinin sayı artıb.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.