banner
banner

Sosİal

Liseydə Heydər Əliyev anıldı

Liseydə Heydər Əliyev anıldı

AAAF Park Yaşayış Kompleksindəki “Zirvə” Liseyində Heydər Əliyevin anım mərasimi keçirilib

Tədbirdə liseyin şagird və müəllim heyəti iştirak edib. Giriş sözlərindən sonra Heydər Əliyevin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra liseyin tarix müəllimi Əli Yusubov H.Əliyevin həyat və fəaliyyəti haqda geniş məlumat verib. Qeyd olundu ki, Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyev ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə almış, yüksək dəyərləndirmişdir. Daha sonra Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən illüstrasiyalar göstərilib.

Sonda şagirdlər öz fikirlərini bildirdilər. Onlardan biri ümummilli liderin anım günündə onun məşhur sözlərini xatırlatdı: “Mən fəxr edirəm ki, azərbaycanlıyam!”



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.