Ötən gün Londonda 64-cü dəfədir ki, keçirilən "Miss World" (“Dünya gözəli”) gözəllik müsabiqəsi baş tutub.
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, builki qalib yarışmaya Cənubi Afrika Respublikasından qatılan 22 yaşlı Rolen Straus olub. Rolenə tacı eks-dünya gözəli, filippinli Meqan Yanq təqdim edib.
ABŞ, Böyük Britaniya, Avstraliya və Macarıstan nümayəndələri də finala çıxıblar.
Üçüncü yeri 22 yaşlı amerikalı Elizabet Safrit , ikinci yeri isə 23 yaşlı macar Yedina Kulşar tutub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.