banner
banner

Dünya

Latviya Rusiya ilə sərhəd boyu sədd ucaldacaq

Latviya Rusiya ilə sərhəd boyu sədd ucaldacaq
Latviya-Rusiya sərhədində ucaldılacaq divarın hündürlüyü tikanlı məftil hesablanmadan 2,7 metr təşkil edəcək. 
APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Latviyanın Dövlət Sərhəd Xidmətinin rəisi Normund Qarbars bildirib.
Onun sözlərinə görə, səddin uzunluğu 92 km təşkil edəcək. Bu il divarın 24 km-lik hissəsinin tikintisinə 1,8 mln avro xərcləmək planlaşdırılır. Ümumilikdə isə Latviya-Rusiya sərhədinin möhkəmləndirilməsinə 17 mln avro sərf etmək nəzərdə tutulub.
Onun sözlərinə görə, divarın tikildikdən sonra artıq sərhəd pozucularını saxlamaq üçün sərhədçilərin daha çox vaxtı olacaq.  
 
Latviya və Rusiya arasında quru sərhədin uzunluğu 276 km təşkil edir. Divarı bataqlıq kimi təbii maneələrin olmadığı hissələrdə ucaltmaq planlaşdırılır.  
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.