banner
banner

Sosİal

İTV-nin regional büroları bağlanır - İşçilər təcili Bakıya çağırıldı

İTV-nin regional büroları bağlanır -

İctimai Televiziyanın (İTV) regional bürolarının bağlanması ehtimalı var. Cia.az xəbər verir ki, bu barədə Gün.Az-a məlumat verən mənbənin sözlərinə görə, artıq iki həftədən çoxdur ki, bölgə xəbərlərini yayan “Carçı region” efirə verilmir.

Youtube kanalında son veriliş fevralın 12-də yerləşdirilib.

Eyni zamanda fevralın 13-də regional büroların əməkdaşlarının avadanlıqları texniki baxış adı ilə yığılıb, bu günə kimi qaytarılmayıb.

İTV-nin regional bürosunun əməkdaşlarından biri texniki avadanlıqların inventarizasiya məqsədilə yığıldığını, amma geri qaytarılmadığını təsdiqləyib:

“Adətən avadanlıqlara texniki baxış bir neçə gün çəkirdi və sonradan geri qaytarılırdı. Amma bu dəfə iki həftədən çoxdur ki, avadanlıqsız qalmışıq. Bizə konkret heç nə deyilməyib. Hazırda fəaliyyətimizi dayandırmışıq”.

Əldə etdiyimiz məlumata görə, bu gün kanalın regionda çalışan bütün əməkdaşları Bakıya iclasa çağırılıblar. Yekun qərar həmin iclasda veriləcək.

Onu da qeyd edək ki, bu günlərdə Az TV-də “Region xəbərləri” fəaliyyətə başlayıb və bu proqram saat 20:00-da yayımlanan əsas xəbər buraxılışdan əvvəl efirə verilir.

Proqramda gün ərzində Azərbaycanın regionlarında baş vermiş hadisələr işıqlandırılır.

***

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktorunun müavini Şaiq Məmmədov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, yayılan məlumat həqiqəti əks etdirmir: "Heç bir ixtisardan və bağlanmadan söhbət gedə bilməz. Hamı öz işinin başında fəaliyyətdədir. Sadəcə olaraq ayda bir dəfə bölgələrə verilən texniki avadanlıqların yoxlanılması və yenilənməsi məqsədi ilə mərkəzi ofisə gətirilməsini təmin edirik"

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.