Yeni Yol-Patrul Xidməti avtomobillərinə quraşdırılmış ''İ-patrul'' sistemi tam qüvvəsi ilə işə düşüb. ''İ-patrul'' sistemində məqsəd yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitələrini operativ şəkildə müəyyən etməkdir. Artıq bir neçə gündür ki, fəaliyyətə başlayan bu sistem vasitəsi ilə xeyli sürücü cərimələnib.
Cia.az-ın xezerxeber-ə istinadən məlumatına görə, araşdırma zamanı məlum olub ki, ən çox qayda pozuntuları sürət həddinin aşılması, təhlükəsizlik kəmərindən istifadə etməməkdir.
“2015-Avropa Oyunları” öncəsi paytaxta gətrilmiş yeni patrul avtomobillərində altı kamera var. Bu kameranın vasitəsi ilə sağ-sol yan tərəflərdə, qabaq və arxa hissədə eyni zamanda çarpaz quraşdırılmış kameralar nəqliyyat vasitələrinin dövlət nömrə nişanını qeydə alır və dərhal yaddaşa ötürməklə baza məlumatlarını üzə çıxarır.
Yol hərəkəti qaydasını pozan hərəkətli və ya hərəkətsiz avtomobillər bu i-patrul vasitəsilə aşkar edilir. Həmin informasiya yol patrul avtomobilindəki bort-kompüterə ötürülür və bundan sonra həmin sürücü barəsində elektron protokol tərtib edilir.
Qeyd edək ki, həmin sistem eyni anda qayda pozan bir neçə avtomobili çəkib elektron protokol tərtib edə bilir. Sistemə quraşdırılmış 6 kamera 500 metr məsafəni görmək, qayda pozuntularını qeydə almaq iqtidarındadır. Ancaq sistem 100 metr məsafədəki avtomobilin dövlət nömrə nişanını qeydə ala bildiyindən həmin radiusdakı inzibati xətalara uyğun elektron protokol tərtib ediləcək.
“Kameralar yanları, irəlini və arxanı həm düzünə, həm də çarpazvari şəkildə çəkə bilir. Artıq gün ərzində i-patrul sistemi tərəfindən sürücülərə 700-800 inzibati protokol tərtib olunub” - deyə DYP sözçüsü bildirib.
Avtomobil işlək vəziyyətdə olmasa belə sistem bütün qayda pozuntusunu çəkir. Bir sözlə çoxfunksiyalı ''i-partul'' sistemi sürücülərin yol hərəkəti qaydalarını pozub diqqətdən yayınmaq şansını sıfıra endirir.
Bu arada martın 1-dən tətbiq edilən yeni İnzibati Xətalar Məcəlləsinə görə, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər radara düşür. Təkcə ötən gün xeyli sürücü bu qayda pozuntusuna görə cərimələnib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.