banner
banner

Hərbİ

Atom bombası olan yeganə dostumuz- Pakistan

Atom bombası olan yeganə dostumuz- Pakistan
Atom bombası olan yeganə dostumuz Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Rəşad Mahmud başçılıq etdiyi nümayəndə heyəti ilə Bakıya səfər edib.
Pakistanlı nümayəndələr burada Azərbaycan rəsmiləri ilə görüşərək, fikir mübadiləsi aparıblar.  
General Rəşad Mahmudun başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfərindən sonra iki ölkə arasında hansı əməkdaşlıqların inkişafı gözlənilir?
Məsələ ilə bağlı musavat.com-a danışan  Azərbaycan Diplomatiya Akademiyasının   professoru, ekspert Elnur Soltanov bildirib ki, Pakistanın Azərbaycana görə Ermənistanla əlaqələrini kəsməsi çox şeydən xəbər verir:ə
“Pakistan Azərbaycan dövləti ilə yanaşı, millətimiz üçün də dəstək dövlətdir. Pakistanla münasibətlərimiz daha çox  təhlükəsizlik və siyasi əməkdaşlıq üzərində qurulub. Bu bir tərəfdən yaxşıdırsa, digər tərəfdən isə bir qədər təəssüf doğuran haldır. Çünki Pakistanla iqtisadi əməkdaşlığımız çox da güclü deyil. Bunun səbəblərindən biri Pakistanın coğrafi olaraq Azərbaycandan xeyli uzaqda yerləşməsidir. Ticarət əlaqələri ya regional, ya da qlobal bazada olur. Lakin bunu təkcə Pakistana şamil etmək olmaz. Eyni məsafədə olan digər dövlətlərlə də bu baxımdan müəyyən problemlər yaşayırıq. Ancaq Dağlıq Qarabağ məsələsində Pakistanın hər zaman diplomatik dəstəyini hiss etmişik. 1990-cı illərdə  xarici ölkələrdə Azərbaycanın diplomatik missiyaları ilk dəfə yaradılan zamanlarda Türkiyə ilə bərabər dövlətimiz Pakistanın da dəstəyini görüb. Həmin zamanlar Azərbaycanın  xariclə əlaqələri indiki kimi deyildi. Pakistanda isə səfirliklər daha öncə yarandığı üçün dünya ilə əlaqələri bizimlə müqayisədə geniş idi. Bu istiqamət üzrə  zamanında Pakistan Azərbaycana öz yardımını edib”.
 
 
E. Soltanov bildirib ki, Pakistanın daxil olduğu beynəlxalq təşkilatlarda Azərbaycanla bağlı hər hansı bir məsələ müzakirə olunduğu zaman onlar avtomatik olaraq bizim mövqeyimizə uyğun  davranırlar:“Azərbaycan üçün Türkiyə birincidirsə, ikinci olan Pakistandır. Azərbaycanla Pakistan arasında bəzi silahların alınması məsələsi müzakirə edilirdi. Məsələn, onların Çinlə birlikdə istehsal etdikləri qırıcı təyyarələrini almaq istəyimizi buna misal göstərmək olar. Bu aspektdə münasibətləri nə qədər konkretləşdirsək, o qədər fayda görərik. Çünki münasibətlər romantik diplomatik münasibətlərdən bir nöqtədə qərarlaşmalıdır. Diqqət edək ki, bizim Türkiyə ilə münasibətlərimiz zaman keçdikdə daha da inkişaf etdi və müəyyən bir müstəvidə qərarlaşdı. Çünki Türkiyə ilə biz romantik, qardaşlıq münasibətlərini çox ciddi iqtisadi təməllər, böyük layihələr üzərinə gətirməyi bacardıq. Pakistanla da bu tip əlaqələr qurulmalıdır. İki ölkə arasında sıx münasibətlər mövcuddur. Bunu iqtisadi yönə gətirərsək, konkret layihələr üzərində dayanarsaq hesab edirəm ki, daha da böyük uğurlara nail olarıq. Zatən digər baxımdan biz hər zaman Pakistanın dəstəyini görmüşük və görməkdəyik”. 
 

General Rəşad Mahmudun Bakıya səfərinə gəlincə isə ekspert bildirib ki, bu tip səfərlər zamanı adətən görüşün hüquqi sənədləşmə aspekti olur:
 
“Bu sənəd sırf olaraq görüşün ciddiyyətinin ifadəsi olaraq ortaya qoyulur.  Ancaq funksional olaraq çox da əhəmiyyət kəsb etmir. Eyni zamanda səfər zamanı hər hansı bir memorandumun imzalanmaması protokola uyğun olmaz. Burada mühüm olan bu görüşün arxasında nəyin duracağıdır. Bizim isə Pakistanla yuxarıda da qeyd etdiyim kimi, anlaşmamız təhlükəsizlik sahəsində ola bilər. Bunun isə ya silah sistemləri, ya da təlimlər mövzusunda olması mümkündür. Lakin detallar barəsində nə isə söyləmək çətindir”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.