banner
banner

Gündəm

Bakı Olimpiya Stadionunun direktoru: "Toy üçün təkliflər gəlir"

Bakı Olimpiya Stadionunun direktoru:
"Bakı Olimpiya Stadionunda toyların təşkili ilə bağlı müraciətlər gəlir".
Cia.az-in məlumatına görə, bu barədə "Report"a Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev məlumat verib.
Onun sözlərinə görə, müvafiq şirkətlər stadionda mərasimlərin təşkili ilə maraqlanır: "Müəyyən təklif və ideyalarla gəlirlər. Eyni zamanda, korporativ tədbirlər üçün də təkliflər alırıq. Bəziləri elə bilirlər ki, toyları biz özümüz keçiririk. Amma bu, belə deyil. Biz sadəcə mərasim üçün yer icarəyə veririk".
C.Qarayev hələlik stadionda Novruz bayramı ilə əlaqədar tədbirlərin keçirilməsi barədə heç bir müraciətin olmadığını deyib. Əvəzində direktor bildirib ki, bu yaxınlarda stadionda müxtəlik içkilərin təklif olunduğu "Sportbar" açılıb.  
 
Stadion rəhbəri Bakıda "Qarabağ" və Türkiyənin "Qalatasaray" klubları arasında Bakı Olimpiya Stadionunda keçiriləcəyi bildirilən oyundan da danışıb. C.Qarayev hələ görüşlə bağlı heç bir müraciətin olmadığını söyləyib: "Mən də bu barədə mətbuatdan oxumuşam, amma heç bir rəsmi müraciət yoxdur".
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.