banner
banner

Gündəm

Zakir Fərəcov özünə müavin təyin etdi

Zakir Fərəcov özünə müavin təyin etdi

Sumqayıt şəhər icra hakimiyyətində yeni kadr təyinatı olub.

Teymur Qırımxan oğlu Səmədov Sumqayıt icra başçısı Zakir Fərəcovun müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin olunub.

Teymur Səmədov bu təyinata qədər Sumqayıt Təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb. 

Xatırladaq ki, Sumqayıt İcra Hakimiyyətində müavin vəzifəsi ötən ilin noyabr ayından boş qalmışdı. Həmin vəzifəni tutan Elgin Həbibullayev öz ərizəsi ilə vəzifəsindən azad edilmişdi.

 

Zakir Fərəcov özünə müavin təyin etdi

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.