banner
banner

Gündəm

Bakıda böyük adamların böyük oyunları: şaxələnən qumarxana biznesi

Bakıda böyük adamların böyük oyunları:

Bakıda son bir neçə ay ərzində sürətlə açılan qumarxanaların sayı hər gün daha da artır. Artıq demək olar ki, paytaxt Bakının elə bir rayonu yoxdur ki, orada loto-qumarxanalar fəaliyyət göstərməsin...

Maraqlısı isə budur ki, media nə qədər yazsa da , bu qumarxanaların sayı getdikcə artır. Bu dəfə isə belə bir məkan Binəqədi rayonunda istifadəyə verilib. Yüzlərlə şəxsin üz tutduğu bu məkan hər gün kimlərinsə cibini doldurur, kimlərinsə cibini boşaldır. Əvvəlki reportajlarımızda da bildirdiyimiz kimi, bu məkanlarda qumarbazların pul qazanmağı çox asan başa gəlir. 3 loto kartını 2 manata müştərilərə satan işlədicilər, masalardan yığılan pulların bir hissəsini uduşa qoyurlar. Onlar kimin udub-uduzmasından asılı olmayaraq, hər oyundan öz paylarını alırlar.

Hər ay on minlərlə manat qazancı olan bu məkanların fəaliyyəti təbii ki, bir çoxlarının maraq dairəsindədir. Asan gəlirli bu sahə elə bunun nəticəsidir ki, son aylarda sürətlə inkişaf edir.

Çayın pulsuz verildiyi loto-qumarxanalarda hər gün yüzlərlə insan toplaşır. Axşam saatlarında isə bu məkanlarda boş yer tapmaq qeyri-mümkündür. Asan yolla pul qazanmaq üçün qumarxana açanlar kimi, asan yolla pul udub, cibini doldurmaq istəyənlər də az deyil. Görünən də budur ki, qumarxanalara marağın böyük olması onların saylarının artmasına zəmin yaradır.

Bu qumarxanaların qanunsuz fəaliyyət göstərdiyini izah etməyə gərək yoxdur. Onlar barəsində lazımi tədbirləri kimlərin görməsinə gəlincə, bu da yetərincə açıq və aydın olan məsələdir. Sonuncu olaraq "Neftçilər" metrosunun çıxışında yeni açılan loto-qumarxana haqda məlumat vermişdik. Məlumatdan bir gün sonra obyekt bağlandı. Lakin, iki gün sonra məkanı yenidən açan qumarbazlar, işlərini əvvəlki kimi davam etdirməyə başladılar.

Bakıda qumarxanaların sayının sürətlə artması təkcə bizim diqqətimzi çəkmir. Tanınmış vəkil Aslan İsmayılov da qumarxanaların fəaliyyətindən xəbərdar olduğunu deyərək, sosial şəbəkələrdə bu barədə maraqlı məlumat paylaşıb...

Əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi, bu məkanların belə rahat və sərbəst şəkildə fəaliyyət göstərməsi təkcə orada olanların bacaracağı bir iş deyil. Çünki bu kiçik adamların o cür böyük işi ola bilməz. Bu qumarxanalar böyük adamların, böyük oyunlarıdır…(musavat.com)

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.