Stokholm Sülh Problemlərinin Araşdırılması İnstitutu dünyanın ən çox hərbiləşmiş ölkələri ilə bağlı hesabat yayımlayıb.
ANS PRESS-in məlumatına görə, bu ilki hesabat cədvəlində 10 Rusiya silah istehsalçıları şirkəti daxil olub. Rusiya müəssisələri bu il yüksək artım göstərsələr də ilk onluğa düşə bilməyiblər. Qərbi Avropa və ABŞ silah istehsalçılarının bazarda ümumi payı 50,3% təşkil edib.
Bu ilki onluqda demək olar ki, ciddi bir dəyişiklik olmayıb. Yalnız bir fransız şirkəti onluğa düşə bilib. Reytinq 2013-ci ildə silah satışından büdcəyə daxil olan məlumatlara əsasən tərtib edilib. Siyahıda olan 100 şirkətin ümumi mədaxili 402 mlrd. dollar olub.
Siyahıda diqqət çəkən bir məqam Rusiya və Ukrayna şirkətləri ilə bağlıdır. Belə ki, reytinq cədvəlində Rusiya şirkətləri yerlərini bir xeyli yaxşılaşdırıb, Ukrayna silah istehsalçıları isə geriləməyə davam edib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.