Bu dəqiqələrdə Ermənistan parlamentidə təcili iclas çağrılıb.
ANS PRESS-in məlumatına görə, iclas Ermənistan baş nazirinin təşəbbüsü ilə çağrılıb.
Ermənistan mətbuatı iclasla bağlı geniş açıqlama vermir. Sadəcə bildirilir ki, gündəlikdə hökumət tərəfindən müəyyən edilən məsələlər müzakirə edilir.
Qeyd edək ki, baş nazir Ovik Abramyan son günlərdə Ermənistan prezidenti Serj Sarkisyanın əsas rəqiblərindən biri sayılır. Abramyan yerli əhalini təmsil edir və hakim “Qarabağ” klanını yıxmaq üçün Qərbin ona güvəndiyi bildirilir.
Ciddi məsələ gözləyən bir sıra erməni saytları iclası canlı yayırlar.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.