banner
banner

Hərbİ

NATO generalının Bakı səfərinin pərdəarxası

NATO generalının Bakı səfərinin pərdəarxası
NATO-nun Müttəfiq Transformasiya Komandanının müavini general Mirko Zulianinin rəhbərlik etdiyi nümayəndə heyəti martın 9-dan Azərbaycanda səfərdədir. Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov general Mirko Zulianinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycanın NATO-nun tərəfdaşı olduğunu vurğulayan müdafiə naziri alyansın Cənubi Qafqazda təhlükəsizliyə dair tutduğu prinsipial və davamlı mövqeyinin Avroatlantik təhlükəsizliyin bölünməzliyi məsələsini gücləndirdiyini, regional sülh və sabitlik üçün mühüm əhəmiyyət kəsb etdiyini xüsusi qeyd edib. 
Görüşdə Azərbaycanla NATO arasında mövcud proqramlar daxilində əməliyyat, təlim, treninq, hərbi təhsil, təcrübə mübadiləsi və digər sahələr üzrə tərəfdaşlıq məsələləri, həyata keçirilən layihələr, əlaqələrimizin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.
 
NATO nümayəndə heyəti Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin bazasında, Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı taborunda da  olub. Burada onlara şəxsi heyətin müxtəlif ölkələrdəki beynəlxalq missiyalarda icra etdikləri tapşırıqlar, təminat və təchizatı, bölmələrin hazırlıq sistemi, o cümlədən sülhməramlı taborun fəaliyyəti barədə məlumat çatdırılıb.
NATO nümayəndə heyətinin Azərbaycan səfərini və bu hadisənin Rusiyada qıcıq yarada biləcəyi barədə deyilənləri şərh edən siyasi analitik Elxan Şahinoğlu bildirdi ki, Azərbaycanın NATO ilə əməkdaşlığının genişləndirilməsi təqdirəlayiq haldır. 
 

Bu, Azərbaycanın milli və təhlükəsizlik maraqlarına uyğunudur: “Təəssüf ki, Səfər Əbiyevin müdafiə naziri olduğu illərdə NATO ilə əməkdaşlıqdan çox danışılsa da, konkret addımlar atılmırdı. Amma Zakir Həsənov müdafiə naziri təyin olunandan sonra hiss olunur ki, yeni nazirin NATO ilə əməkdaşlığı genişləndirmək həvəsi var. Bu istiqamətdə müvafiq addımlar da atılır. Ordunun NATO standartlarına çatdırılması, əsgər və zabitlərin NATO standartlarına uyğun geyimləri və ərzaq təminatında dəyişiklikləri qeyd etmək olar. Bütün bunlar NATO ilə əməkdaşlığı genişləndirməyi diktə edir. Həm də bir məsələni nəzərə almaq lazımdır. Azərbaycanın əsas hərbi strateji müttəfiqi Türkiyədir. Türkiyə NATO-nun üzvüdür. Məhz Türkiyə ilə Azərbaycan hərbi əməkdaşlığı genişləndirir, ortaq hərbi sənaye kompleksləri yaradır, üç aydan bir birgə hərbi təlimlər keçirir. Yəni biz NATO-nun bir üzvü ilə hərbi müttəfiqiksə, deməli, Türkiyənin qəbul etdiyi standartları biz də qəbul edirik. Burada qeyri-adi bir şey yoxdur”.
 
 
“Bəs NATO-nun Azərbaycanı üzv eləmək fikri varmı” sualına E.Şahinoğlu belə cavab verdi: “Azərbaycan hakimiyyəti bu gün NATO üzvü olmağı öz qarşısına hədəf qoymamaqda düz edir. Gürcüstan, Moldova, Ukrayna qarşılarına belə bir hədəf qoydular. Rusiyanın bu ölkələrə hansı problemləri yaşatdığı bəllidir. Məgər bu ölkələri NATO sıralarına aldılarmı? Xeyr. Bu üç ölkə NATO üzvlüyünə qəbul edilsəydilər, bəlkə də Rusiya onların ərazilərini işğal edə bilməzdi. Odur ki, riskə dəyməz. Biz bilə-bilə ki, istəsək belə, NATO bizi də üzv etməyəcək, niyə özümüzü Rusiya ilə qarşı-qarşıya qoyacaq addımlara getməliyik? Bu addımı atmağa dəyməz”.   
 

Azərbaycan-NATO əməkdaşlığına, hazırkı geopolitik gərgin durumun olduğu bir zamanda NATO nümayəndə heyətinin Azərbaycana gəlişinə Rusiyanın necə yanaşa biləcəyinə gəlincə, ekspert dedi ki, normal məntiqlə yanaşılsa, bu hadisə Rusiyada qıcıq oyatmamalıdır: «Çünki Azərbaycan hakimiyyəti bu gün qarşısına NATO-ya üzvlük hədəfini qoymayıb. Hətta bir faktı deyim ki, Moldova, Gürcüstan və Ukrayna NATO ilə əməkdaşlıqda üçüncü mərhələyə keçiblər, Azərbaycan hələ bu mərhələyə gəlib çatmayıb. Odur ki, NATO nümayəndə heyətinin Azərbaycan səfəri Moskvanı qıcıqlandırmamalıdır.
 
Azərbaycan NATO ilə müxtəlif proqramlarda əməkdaşlıq edir. NATO rəsmilərinin Azərbaycan ordusuna baxış keçirməsində anormal heç nə yoxdur. Qəribə situasiya ondan ibarətdir ki, biz silahı, hərbi texnikanı daha çox Rusiyadan alırıq, amma ordu quruculuğunda NATO-ya üstünlük veririk. Azərbaycan hakimiyyəti də Rusiyanın narahatlığını azaltmaq üçün bəzən preventiv addımlar atır. Rusiyadan alacağımız hərbi texnikanın dəyəri 4 milyard dollara yaxındır. Bu, əslində Rusiyanın narahatlığını azaltmalıdır. Rusiyaya əslində mesaj göndərilir ki, biz NATO ilə əməkdaşlıq edirik, amma sizdən də silah alırıq. Ona görə də mən düşünmürəm ki, NATO-Azərbaycan əməkdaşlığı çərçivəsində NATO nümayəndə heyətinin Azərbaycana gəlişi Rusiyada kəskin narazılıq yaratsın. Rusiya anlayır ki, Azərbaycandan Rusiyaya təhdid yoxdur". 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.