banner
banner

Hərbİ

Cəbhədə yeni eskalasiya - düşmən ağır itki verdi

Cəbhədə yeni eskalasiya - düşmən ağır itki verdi
Dünən gecə Azərbaycan ordusu ilə işğalçı erməni hərbi qüvvələrinin təmas xəttində növbəti hərbi eskalasiya yaşanıb. Belə ki, cəbhənin işğal altındakı Ağdam rayonu istiqamətində qoşunların təmas xəttində Ermənistan ordusunun növbəti təxribatının qarşısı alınıb. Bu barədə musavat.com-a Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Xidmətdən bildirildiyinə görə, düşmənin hərəkətlərinə cavab olaraq və gələcəkdə belə təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində təmas xəttinin dərinliyindəki erməni mövqeləri darmadağın edilib: “Nəticədə düşmənin təxminən 10-15 canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Müdafiə Nazirliyi xəbərdar edir ki, düşmənin istənilən təxribat cəhdinin qarşısı Silahlı Qüvvələrimiz tərəfindən dərhal və qətiyyətlə alınacaq”.
Maraqlıdır ki, Ermənistan tərəfi rəsmən itkiləri etiraf eləməsə də, son faktı “1994-cü ildən sonra misli görünməmiş hal” adlandırıb. Bildirib ki, martın 10-dan 11-nə keçən gecə Azərbaycan ordusu erməni mövqelərinə minaatanlardan və qumbaraatanlardan istifadə edərək çoxsaylı zərbələr endirib. “Bundan əlavə, Azərbaycan Silahlı Qüvvələri qaubitsadan istifadə edib. Ötən gecə təkcə Ağdam istiqamətindəki erməni mövqeləri deyil, eyni zamanda təmas xəttindən kifayət qədər dərinliklərdə yerləşən ərazilər də zərbələrə məruz qalıb” - açıqlamada deyilir.
Planetaarmenia.ru erməni saytı isə işğalçı ordunun Dağlıq Qarabağda verdiyi itkilər barədə yazıb. Sayt öz etibarlı mənbələrinə istinadla bildirib ki, Azərbaycanın kəşfiyyat-diversiya qruplarının növbəti əməliyyatı zamanı “Artsaxın müdadifə ordusu” itki verib.
Sitat: “Martın 10-dan 11-nə keçə Azərbaycan əsgərləri təmas xəttində nəzərə çarpmadan irəliləyiblər və bir neçə komanda məntəqəsinə hücum ediblər. Nəticədə P-18, P-19 radiolokasiya stansiyası və dizel generatoru məhv edilib. Məntəqə tamamilə sıradan çıxarılıb”. Sayt hücum nəticəsində 15 hərbi qulluqçunun həlak olduğunu xəbər verib və əlavə edib ki, “Ermənistanın Müdafiə Nazirliyi bu növbəti rüsvayçılıq barədə susur, ictimaiyyəti aldatmağa çalışır”
Diqqətçəkən mühüm məqamlardan biri də budəfəki eskalasiyanın Ermənistan prezidenti Serj Sərkisyanın Moskvaya səfəri və Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı baş verməsidir. İstisna deyil ki, bununla Kreml bir daha rəsmi Bakıya İrəvanla müttəfiqliyinin önəmini çatdırmaq istəyib. Hər necə olmasa, Sərkisyan səfərdən və Moskvanın Qarabağ məsələsində tutduğu mövqedən razılıq edib.
Bəzi ekspertlərə görə, Rusiya vaxtaşırı bu cür kritik situasiyalar yaratmaqla həm Azərbaycana, həm də Ermənistana xatırlatmağa çalışır ki, münaqişənin açarı məhz onun əlindədir və istədiyi vaxt təmas xəttində gərginlik yarada bilər.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.