banner
banner

Sağlamlıq

Rahat yatmağın sirri - "10-3-2-1-0"

Rahat yatmağın sirri - "10-3-2-1-0"
Kanadalı idman müəllimi Ballantyneyə görə, 10 saat əvvəl görülən tədbirlər rahat yuxu və gün boyu gümrahlıq qazandırır. 
Özünü gün ərzində yorğun hiss edənlər, yaxşı yatmayanlar və sabah oyanmaqda çətinlik çəkənlər üçün kanadalı idman müəllimi Craig Ballantyney hazırladığı formulu “10-3-2-1-0" adlandırır. İdmançıya görə, rahat yatmağın sirləri bu cürdür. Yatmazdan 10 saat əvvəl içərisində kofein olan içkilər içməyin. Yatmazdan 3 saat əvvəl yemək yeməyin və içki içməyin. Yatmağa 2 saat qalmış çalışmaqdan vaz keçin. Yatmazdan 1 saat əvvəl kompüter və telefonlardan istifadə etməyin. Formuldakı 0 rəqəmi səhər oyandığınız zaman yenidən yatmamağın önəmli olduğunu göstərir.
 
Yaxşı yatmağın sirrini araşdıran Harvard məzunu olan həkim Andrev Veil “4-7-8" adını verdiyi formul açıqlamışdı. Veilin texnologiyasına görə, yatağa uzandıqdan sonra 4 dəfə səssizcə burnunuzdan nəfəs alın. Nəfəsinizi tutub 7-yə qədər sayın. Daha sonra 8 saniyə ərzində nəfəsinizi verin. Bunu 3 dəfə təkrarlamaq lazımdır. Bu texnologiya təkrarlandığı zaman yuxuya getmək asanlaşır.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.