banner
banner

Gündəm

İcra başçısı ailəsinin düşdüyü qəzadan danışdı - “Nəvələrim də maşında olub“

İcra başçısı ailəsinin düşdüyü qəzadan danışdı -

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev ailəsində baş verən bədbəxt hadisədən danışıb.

Cia.az-ın məlumatına görə, o, aznews.az-a açıqlamasında hazırda xəstəxanada olduğunu deyib:

“Qəza zamanı nəvələrim də maşında olub. Lakin onların vəziyyəti yaxşıdır. Hazırda evdədirlər. Yeznəm də müayinə olunub, hazırda palatadadır, vəziyyəti normaldır. Bacımın vəziyyəti də düzəlmək üzrədir, qolundan əməliyyat olunub”.

Qeyd edək ki, Zərdab rayon İcra başçısı Lütfəli Babayevin bacısı Kamilə Babayeva Ucar rayonu ərazisində ağır yol qəzası keçirib.

Yaralılar xüsusi vertolyotla Bakıya gətirilərək Gömrük Hospitalına yerləşdirilib.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.