Kifayət qədər maqnezium qəbul etmədikdə təhlükəli vəziyyətlə üzləşə bilərsiniz.
Maqnezium çatışmazlığının ilkin əlamətləri ürəkbulanma, yorğunluq və iştahanın kəsilməsidir. Ancaq bunlar başqa problemlərin də əlaməti ola bilər. Belə halla üzləşərkən problemin maqnezium çatışmazlığında olduğu heç kimin ağlına gəlmir.
Qadınlar gündəlik olaraq 320 mq, kişilər isə 420 mq maqnezium qəbul etməlidir.
Qida rasionunuzda bütöv dənli taxıllardan hazırlanmış qidalar, həmçinin, paxlalı bitkilər, çərəz, göyərti və tərəvəzlər geniş yer tutursa, maqnezium çatışmazlığından narahat olmağa dəyməz.
Ancaq aşağıdakı əlamətlər varsa, həkimə müraciət etməlisiniz: 1. Yüksək təzyiq Kifayət qədər maqnezium qəbul etməyəndə təzyiq yüksələ bilər. 2. Əzələ spazması Orqanizm uzun müddət maqneziumsuz qaldıqda əzələ spazmaları müşahidə edilə bilər. 3. Sümük əriməsi Maqnezium sümükləri gücləndirir və sizi sümük əriməsindən qoruyur. 4. Başağrısı Araşdırmalar göstərib ki, miqrendən əziyyət çəkənlərin çoxunda maqnezium çatışmazlığı müşahidə edilir. Orqanizmdə kifayət qədər maqnezium olmadıqda başağrısı müşahidə edilir, həmçinin, miqrenə yaxalanmaq riski artır.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.