banner
banner

Gündəm

Ankarada dəhşətli terror aktı - 25 ÖLÜ, 75 YARALI

Ankarada dəhşətli terror aktı -

Telekanallar xəbər verir ki, partlayışın bomba yüklü maşınla törədildiyi ehtimal edilir.

Partlayışın törədildiyi yer insanların olduqca sıx cəmləşdiyi, avtomobil tıxaclarının olduğu ərazidir. Bir qayda olaraq axşam saatlarında Qızıl Ay meydanının avtobus dayancağına yaxın ərazisində hər axşam işdən çıxıb evlərinə getmək üçün avtobus gözləyən minlərlə adam olur. Bu baxımdan terror aktı nəticəsində ölənlərin sayının çox olduğu şübhəsizdir. Hadisə yerindən yaralıları və cəsədləri daşımaq üçün yüzlərlə təcili tibbi yardım avtomobilləri göndərilib. Polis hadisə yerini təxminən 1 kilometr radiusda mühasirəyə alıb və jurnalistlər ərazidən kənarlaşdırılıb.

Xəbərlərə görə Ankarada növbəti terror aktının planlaşdırıldığı haqda hələ bir neçə gün əvvəl kəşfiyyat məlumatları olub. ABŞ-ın Türkiyədəki səfirliyi öz saytından xəbərdarlıq yayaraq bildirib ki, Ankaranın mərkəzində, hökumət binalarının yerləşdiyi ərazidə bomba yüklü avtomobillə terror aktının törədilməsi təhlükəsi var və Amerika vətəndaşları həmin ərazidən uzaq durmalıdır.

Xatırladaq ki, Anakarada bundan əvvəl törədilən terror aktınan heç bir ay da keçməyib. Fevralın 17-də paytaxtın mərkəzində, silahlı qüvvələrin Baş qərargahının binası yaxınlığında törədilən dəhşətli terror aktı nəticəsində onlarla zabit və mülki şəxs həlak olmuşdu. Həmin terror aktına görə prezident Ərdoğan Bakıya fevralın 18-nə təyin olunuş səfərini təxirə saldı. Və dünən elan edilmişdi ki, Ərdoğan təxirə salınmış  həmin səfərini martın 15-də həyata keçirəcək. Lakin daha bir dəhşətli terror aktı Ərdoğanın xarici səfər proqramlarına bu dəfə dəyişiklik edilməsinə səbəb ola bilər.

Bakı vaxtı ilə saat 21.35-dən etibarən jurnalistlərin hadisə yerindən yayımına qadağa qoyulub və terror aktı barədə ancaq rəsmi məlumatlar yayılacaq.

*   *   *21:17

Az əvvəl Ankarada daha bir dəhşətli terror aktı törədilib.

Ankaranın mərkəzində, Qızıl Ay meydanı yaxınlığında törədilən terror aktı nəticəsində onlarla adamın həlak olduğu təxmin edilir. Partlayış Güven Park avtobus dayanacağında çox güman ki, “canlı bomba” tərəfindən törədilib.

Telekanallar hadisə yerindən dəhşətli kadrlar yayır, kadrlara əsasən bir neçə sərnişin avtobusu, onlarla minik avtomobili darmadağın olub.

Hadisə yerinin yaxınlığında ticarət mərkəzi yerləşir. Bu baxımdan ölənlərin sayının həddən artıq çox olduğu təxmin edilir. Rəsmilər hələlik hadisə barədə açıqlama verməyiblər. Hadisə yerinə polis və təcili yardım briqadaları göndərilib. Xəbər yenilənir…

 

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.