Dünyada neftin qiymətinin kəskin ucuzlaşması Azərbaycanda qeyri-neft sektoruna investisiya yatırımına marağı hədsiz artırıb. Təsadüfi deyil ki, neftin qiymətinin düşməsi ilə kəndlərə qayıdış başlayıb. İndi əlində bir az maliyyə vəsaiti olanlar arasında “gedib kəndə iki-üç inək alıb yaşayaram” deyənlərin sayı artıb.
Yeni iqtisadi şərtlər-tikinti bumunun bitməsi, iri layihələrin icrasının təxirə salınması, əmlak bazarında durğunluq, bir-birinin ardınca bağlanan dükan-bazarlar Azərbaycanın zəngin iş adamlarını da alternativ qazanc mənbələri axtarmağa məcbur edib. Bankların etibardan düşməsi varlıların öz vəsaitlərini indi “torpağa basdırmağa” həvəsləndirib.
Hələ bir neçə il əvvəl oliqarxlarımız Rusiyada pullarını əvvəlki kimi daha tez gəlir gətirən tikinti sektoruna deyil, kənd təsərrüfatı ilə bağlı sahələrə yönəlməyə başlamışdılar. Çünki Rusiyada tikinti bumu Azərbaycandan əvvəl səngimişdi. Bu səbəbdən də zənginlərimiz Rusiyanın, xüsusilə Stavropol və Krasnodar vilayətlərində münbit torpaqları, hətta bütöv sovxozların ərazilərini, otlaq və əkin sahələrini almağa başlamışdılar.
Rusiyanın kənd təsərrüfatına böyük miqdarda yatırım qoyulması hələ o zaman mediada xüsusi maraq doğurmuşdu. İndi postneft dövründə məlum olur ki, iqtidardakı oliqarxlar bu prosesi kortəbii olaraq yox, əsaslandırılmış və gələcəyə hesablanmış biznes layihəsi kimi həyata keçirirmişlər. Çünki BMT-nin son hesabatlarında da yaxın illərdə dünyanın ərzaq qıtlığından qurtulmayacağı və bununla əlaqədar kənd təsərrüfatı, eləcə də vacib ərzaq məhsullarının qiymətlərinin kəskin artması gözlənilir. Bu səbəbdən də indi kənd təsərrüfatı zərərlə işləyən sahədən yüksək gəlir gətirən sahəyə çevrilib.
İllər əvvəl Rusiyada olsa da, torpağa bu qədər “pul basdıran” azərbaycanlı zənginlər şimal ölkəsində iri kənd təsərrüflaratı yaradıblar, nəhəng heyvandarlıq komplekslərinə sahibləniblər. İndi həmin proses Azərbaycanda da baş verməkdədir.
Məlumatlı mənbələrdən verilən bilgiyə görə, zənginlər hektarlarla ərazi götürüb pullarını kartof və soğan əkməyə yönəldiblər. Xəbərdə deyilir ki, bəzi dövlət məmurları kənd təsərrüfatı sektoruna milyonlarla vəsait qoyur. Bəs varlılarımızı torpağa bağlayan təkcə əllərində qalan pulun devalvasiyadan qorunmasıdırmı və ya böhran iqtisadiyyatıdırmı?
Hökumətə yaxın mənbəmiz deyib ki, dövlət bu il kartof və soğan tədarükünü xaricdən dollara deyil, daxili bazardan almağa qərar verib. Xatırladaq ki, prezident İlham Əliyevin rəhbərliyi ilə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına həsr olunan konfransda prezident əkinə yararlı torpaqların istifadəsiz qalmasının qarşısının alınacağını demişdi.
İndi varlılar da əsasən kəndlilərdən həmin yararlı torpaqları alır, oraya maya qoyurlar. Həmin konfransda prezident kənd təsərrüfatının inkişafından danışarkən Azərbaycanın ətrafında böyük bazarlar olmasını deyib. İlham Əliyevin “O bazarlara bizim ənənəvi çıxışlarımız var. Azərbaycan məhsulları o bazarlarda tanınır və o bazarlarda Azərbaycan məhsulunun artımını gözləyirlər. Ona görə biz ənənəvi bazarlarda işləməliyik, daha fəal, daha da geniş əhatə dairəmiz olmalıdır və biz yeni bazarlara çıxmalıyıq, həm regional, həm beynəlxalq. Biz Avropa bazarlarına çıxmalıyıq” deməsi zənginləri daha da həvəsləndirib. Bütün pullu adamlar, oliqarxlar hazırda əllərindəki və daxıllarındakı artıq manatları hektarlarla torpaqlara soğan, kartof və pomidor ştili əkməyə yönəldiblər.
Xəbərlərə görə, zənginlər daha çox kartof əkilməsinə investisiya qoyurlar ki, bu da təsadüfi deyil. Belə ki, dövlət kənd təsərrüfatı mallarını dollara xaricdən deyil, daxildən manatla tədarük edəcək. Bu məlumatın zənginləri torpağa qayıtmasında hansı dərəcədə rolu olduğunu demək çətindir. Proses istənilən halda Azərbaycana, ölkənin vətəndaşına xeyir gətirəcək. Təbii ki, torpağa “pul basdıranlar” da onun “cücərməsini” və bəhrəsini görməlidirlər. Beləliklə, kəndli də qazanacaq, ölkə də, oliqarxlar da....
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.