banner
banner

Sosİal

Bakıya 250 avtobus gətirildi - Bayram hazırlığı

Bakıya 250 avtobus gətirildi -

Novruz bayramı ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejiminə keçib.

Cia.az xəbər verir ki, bu barədə Trendə kompleksin rəsmisi Məhəmməd Abdullayev məlumat verib. Onun sözlərinə görə, yeni iş rejimi martın 28-nə qədər davam edəcək: “Bayram öncəsi sərnişin sıxlığını nəzərə alaraq kənardan 250-dək sərnişin daşıyan nəqliyyat vasitəsi ehtiyat kimi dəvət edilib. Adi günlərdə avtovağzaldan 300-340 nəqliyyat vasitəsilə 7-8 min sərnişin yola salınırdısa, bayram günlərində 600-700 nəqliyyat vasitəsilə 16-17 min nəfər sərnişinin yola salınması nəzərdə tutulur".

M.Abdullayev bildirib ki, adi günlərdə olduğu kimi, bayram günlərində də sərnişin avtobuslarına bilet satışı 10 gün əvvəldən həyata keçirilir: "Bilet satışları həm Avtovağzalın kassalarından, həm də online satış vasitəsilə həyata keçirilir. Bilet satışında süni qiymət artımı hallarının qarşısını almaq üçün avtovağzal rəhbərliyi kənardan dəvət olunan nəqliyyat vasitələrinə nəzarət etmək üçün 11 nəfərdən ibarət Qiymət Komissiyası yaradıb. Əgər nəqliyyat vasitələri qiymət intizamını pozarsa və ya sərnişinlərlə kobud rəftar edərsə, həmin nəqliyyat vasitəsinin sürücüsü və sahibkar xətdən uzaqlaşdırılacaq".

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.