banner
banner

Gündəm

Azərbaycanda pivə satışı haqda yeni qərar

Azərbaycanda pivə satışı haqda yeni qərar

Azərbaycanda topdansatış pivənin nağd şəkildə satışı ilə məşğul olan şəxslər cəzalandırılacaq.

Cia.az anspress-ə istinadən xəbər verir ki, Milli Məclisinin bu gün keçirilən iclasında Cinayət Məcəlləsinin 213-1.3-cü maddəsinə dəyişiklik müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən tütün ilə yanaşı pivənin də topdansatışı kart vasitəsi ilə olacaq.

Maddənin yeni formasında belə deyilir: "Pivənin və tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markası ilə markalanmalı olan məhsulları (malları) nağd qaydada xeyli miqdarda satma, belə məhsulları (malları) satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alma, 1000 manat cərimə və ya 1 ilədək müddətdə silah işləri və ya 1 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandıralacaq".

Bir müddət əvvəl isə Azərbaycanda pərakəndə satış istisna olmaqla, tütün məmulatlarının nağd pulla satışına qadağa qoyulub. Bu isə bir sıra mağazalarda siqaret qıtlığının yaranmasına səbəb olmuşdu. Nağdsız ödəniş istehlakçılara aid olmasa da mağaza sahiblərindən kart ilə ödənişin tələb olunması onları çıxılmaz vəziyyətə salıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.