ATƏT-in fəaliyyətdə olan sədri Almaniya hökumətinin xüsusi nümayəndəsi Qernot Erler və ATƏT-in Minsk Qrupunun həmsədrləri Cems Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Pyer Andrie (Fransa) Azərbaycan və Ermənistanı atəşkəs rejiminə əməl etməyə çağırıb.
Bununla bağlı bu gün yayılan bəyanatda bildirilir ki, Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsində irəliləyişə nail olmaq, dinc əhaliyə qarşı zorakılıqdan qaçmaq üçün tərəflər təmas xəttində və Azərbaycanla Ermənistan sərhədində bütün tədbirləri görməlidirlər. Bəyanat müəllifləri ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin Pasxa və Novruz bayramlarında tərəflərin atəşkəs rejiminə əməl etməsi ilə bağlı çağırışını da dəstəkləyiblər: “Biz tərəfləri xalqların bu bayramları dinc şəraitdə qeyd etməsinə şərait yaratmağa çağırırıq”.
ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-ə sədrlik edən Almaniyanın nümayəndəsi tərəflərlə münaqişənin tənzimlənməsi elementləri, zorakılığın azaldılması və insanlar arasında təmasın təşviq edilməsi istiqamətində işləməyə davam etdiklərini də vurğulayıblar.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.