banner
banner

Sağlamlıq

Nevroz, stress, panik ataka zamanı xüsusi nəfəsalma

Nevroz, stress, panik ataka zamanı xüsusi nəfəsalma
Hal-hazırda nevroz, panik ataka, xroniki stress çox yayılmış pozulmalardır. Bu pozulmaları müalicə etmək olduqca çətindir.

Müalicə zamanı müxtəlif psixoterapevtik metodikalar, bəzi dərman preparatlarının təyin olunması kömək edir.

Şərq təcrübəsində bu pozulmalarla mübarizə aparmaq üçün çox sadə, lakin çox effektli metodika var. Tez-tez eşidmək olur - əsəbləşmisənsə, dərindən nəfəs al. Bu həqiqətən belədir. Bu təcrübə Şərqdə çox geniş istifadə olunur. Buna "kvadrat nəfəsalma" deyilir. Son zamanlarda bu üsulun tibbi əsaslandırılması tapılıb.

Bu metod effektivliyi diqqətin konsentrasiyasına və qanda karbon qazının yığılmasına əsaslanır. "Kvadrat nəfəsalma" zamanı noradrenalin və serotonin hormonlarının qana atılması azalır ki, nəticədə əzələlər boşalır və insan sakitləşir. Bu metod stress, nevroz, panik ataka tutması zamanı "təcili yardım" kimi istifadə olunur və çox yaxşı nəticələr verir.

"Kvadrat nəfəsalma"nın tətbiqi:

1. Rahat oturun.

2. 4 saniyə ərzində burnunuzla asta və dərin nəfəs alın.

3. Nəfəsinizi 4 saniyə ərzində saxlayın.

4. Sonra ağzınızla 4 saniyə ərzində nəfəs verin.

5. Nəfəsinizi 4 saniyə ərzində saxlayın, bədənin əzələlərini mümkün qədər boşaldın, gülümsəməyə çalışın və yenə hər şeyi təkrarlayın.

6. "Kvadrat nəfəsalma"nı 15 dəfə etmək lazımdır.

 Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.