banner
banner

Şou

“Üç gün az yesəm, arıqlayaram” – Məleykə

“Üç gün az yesəm, arıqlayaram”

Xalq artisti Məleykə Əsədova gözəllik sirlərindən danışıb.

“Qafqazinfo”nun məlumatına görə, “Hər şey daxil” verilişinə açıqlama verən xalq artisti baxımlı olmağı sevdiyini bildirib: “Baxımlı olmağı xoşlayıram. Üzdə olan xanımıq, evdən çıxanda makyaj etməliyik, çünki küçədə yaxınlaşıb şəkil çəkdirmək istəyirlər. Qızım dünyaya gələndən işlərimi təxirə salmışam, tez-tez qızımla dincəlirəm. Pəhriz saxlamıram. Üç gün az yesəm, arıqlayaram. Yaydan vitamin qəbul edirəm ki, kilo alım. Arıq olmaq mənə yaraşmır. Tanınmış adamam, necə ola bilər ki, dırnağım formada olmasın? Bu gözəllikdir. Makiyaj etməsən də, üzünə əl gəzdirməlisən. Gənclik özü gözəllikdir, bizim xanımların 30 yaşdan sonra üzünə nur gəlir. Plastik əməliyyata pis baxmıram, üzün şişirdilməsini isə normal qəbul etmirəm. 1993-cü ildə burun əməliyyatı etdirmişəm, kompleks yaradırdı. Əsl gözəllik insanın daxilindədir”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.