banner
banner

Şou

"Eurovision" mahnımız birincilik vəd etmir"

"Eurovision" mahnımız birincilik vəd etmir"

İsveçin Stokholm şəhərində keçiriləcək “Eurovision-2016” mahnı müsabiqəsində ölkəmizi Səmra Rəhimli “Miracle” mahnısı ilə təmsil edəcək. İsveçli nümayəndə heyətinin hazırladığı mahnı isə birmənalı qarşılanmayıb və sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəziləri ölkəmizi təmsil edəcək, musiqi haqda müsbət rəylər versələr də, bir çox insan bəstəni bəyənməyiblər. Hətta onun plagiat olduğunu iddia edənlər də var.
 
Cia.az musavat.com-a istinadən “Eurovision-2016” üçün hazırlanan mahnımız haqda musiqiçilərin fikirlərini təqdim edir:
 
Bəstəkar Nailə Mirməmmədli bildirib ki, bu il ölkəmizi təmsil edəcək mahnını uğurlu hesab etmir: 

“Mahnı haqda nə deyə bilərəm? Normal mahnıdır, amma “partladan” deyil. Birincilik kriteryalarına uyğun gəlmir. Amma hər şey ola bilər, tarixdə elə şeylərlə üzləşirəm ki, məəttəl qalıram. Aidiyyatı olmayan mahnılar elə yuxarı başa qoyulur ki, təəccüblənirəm. “Eurovision”un qalibi səsvermə ilə seçilir. Kimin qalib olacağını demək çətindir. Ona görə də əvvəlcədən proqnoz vermək istəmirəm”.
 
Bəstəkar-müğənni Murad Arif “Eurovision” mahnımızı bəyənməsə də, təmsilçimizi uğurlu seçim adlandırıb: 

“Miracle” mənim xoşuma gəlmədi. Bəziləri mahnının plagiat olduğunu iddia edir, lakin belə deyil. Bəxş etdiyi enerji, aid olduğu harmoniyalar, stilistika baxımından Sianın “Chandelier” mahnısına oxşayır, amma əsla plagiat deyil, iki fərqli not ardıcıllığı var. Plagiat notların üst-üstə düşməyidir. Səmraya uğurlar arzu edirəm, düşünürəm ki, parlaq iştirakçıdır. Ümid edirəm ki, müsabiqədən qayıdandan sonra passivləşməyəcək, öz ulduzluğunu qoruyacaq. “Eurovision” müsabiqəsində mahnıdan, səhnə performansından çox şey asılıdır. O mahnıdan birincilik qoxusu gəlmir. Kaş ki, yanılım”.
 
“Eurovision-2011”-in qalibi Eldar Qasımov bu ilki kompozisiyanı bəyənənlərdəndir:
 
“Səmranın ifa edəcəyi mahnı mənim çox xoşuma gəlir. İsveçlilər mahnını çox gözəl yazıblar. Kompozisiya ilk onluğa layiqdir. Amma hər şey müsabiqə axşamından asılıdır. Qalibiyyət ifa olunan mahnının insanların əhval-ruhiyyəsinə düşüb-düşməyəcəyinə bağlıdır. Səmranın mahnını gözəl ifa etməsindən, press-konfranslarda jurnalistlərlə münasibətindən çox şey asılıdır. Ona uğurlar arzulayıram”. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.