Azərbaycan Beynəlxalq Ordu Oyunlarında iştirak edəcək
Bu vaxtadək 25 ölkə Beynəlxalq Ordu Oyunları-2016-da ştirak edəcəyini təsdiqləyib.
Virtualaz.org bildirir ki, bunu jurnalistlərə Rusiya Silahlı Qüvvələri Hərbi Hazırlıq Baş İdarəsinin rəisi İvan Buvaltsev deyib.
Onun sözlərinə görə, onların arasında 7 MDB ölkəsi də var: Rusiya, Azərbaycan, Ermənistan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Belarus. Bu ölkələr Oyunlar çərçivəsində keçiriləcək müxtəlif yarışlara 62 komanda göndərməyi planlaşdırırlar.
Qeyd edək ki, Beynəlxalq Ordu Oyunları-2016 iyulun 30-dan avqustun 13-dək Rusiya və Qazaxıstanda keçiriləcək.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.