banner
banner

Gündəm

“Independent” çapını dayandırdı... qəzetlər “öldü”?

“Independent” çapını dayandırdı... qəzetlər “öldü”?
Rusiyalı iş adamı Aleksandr Lebedevə məxsus Britaniyanın “The Independent” qəzetinin kağız versiyası öz fəaliyyətini dayandırıb. Bundan sonra “The Independent”in yalnız onlayn versiyası mövcud olacaq. Qəzet 1995-ci ildən bu günə qədər ilk dəfədir ki, kağız versiyasını bağlayıb və tam internet rejiminə keçib. Bunun əsas səbəbi isə maliyyə çətinlikləri ilə bağlıdır. Qəzet 1990-cı illərin əvvəlində də ciddi maliyyə problemləri ilə üzləşib. 

“The Independent”in tirajı 2009-cu ildə 184 min nüsxəyə qədər enib. A.Lebedev 2010-cu ildə nəşri nominal qiymətə - 1 funt sterlinqə alıb. Lakin qəzet yenə də populyarlığını itirməkdə davam edib. Ötən il isə onun gündəlik tirajı 58 min nüsxədən aşağı düşüb. Bankirin “The Independent”in kağız versiyasının dərcini dayandırmaq niyyəti bu ilin fevralında məlum olub. Həmin vaxt bildirilib ki, Lebedev və onun oğlu qəzeti satmaq qərarına gəliblər. Bu isə kağız versiyalı qəzetlər üçün olduqca pis nümunədir. Əgər dünyaca məşhur bir qəzet kağız versiyasını dayandırırsa, bu, yerli mətbuat üçün də nümunə ola bilərmi? 
27 illik tarixi olan “Yeni Müsavat ” qəzetinin baş redaktoru Rauf Arifoğlu isə bu gəlişməni bizə açıqlamasında dəyərləndirdi. Dedi ki, əslində dünyada gedən tendensiya anlaşılandır və “İndependent”in atdığı bu addım da dünyadakı print media üçün ciddi siqnaldır:  “Lakin hesab edirəm ki, qəzetlərin dəfni ilə bağlı danışmaq hələ tezdir. Çap mediası mümkün olduğu qədər yaşamalıdır. Və onun onlayn media ilə sintezinin imkanları yəqin kı, tapılacaq. Bu, uzun müddətdir müzakirə olunurdu. İndi daha da  aktuallaşıb. Çünki dünya ovucun içinə yerləşəcək qədər mobilləşib və bir telefonla artıq bütün xəbərləri anındaca almaq olur. Onu bir gün sonra oxucuya təqdim etmək artıq peşəkarların dediyi kimi, əhəmiyyətini itirir. Lakin çap mediasının da özəllikləri, öz imkanları var. Oxucu ilə paylaşacaq və onlayn medianın edə bilməyəcəyi çox nüanslar var. Ona görə də hesab edirəm ki, dünyada nəhəng print media qalacaq”. 
 
Müsahibimiz Azərbaycandakı çap mediasnın durumunu da qiymətləndirdi. Dedi ki, bizdə onsuz da vəziyyət çoxdan ağır idi: “Bu ağırlıq  onlayn medianın print medianı üstələməsi ilə bağlı deyil. İqtisadi cəhətdən print medianın əsasən tənqidçi yönümü olmasının ona yaratdığı problemlərdən qaynaqlanan məsələlər ağırlıq yaradır. ”Yeni Müsavat" da bu çətinliklərdən xali deyil. Biz də bir neçə ildir ki, ciddi sarsıntılar yaşayırıq. Azərbaycanda print media dayansa, bu, onlayn medianın onu üstələməsi və menecerlərin bununla bağlı verdiyi qərarlara görə olmayacaq. Bu, onun davam etməsinin mümkün olmadığını şərtləndirən detal olacaq. “Yeni Müsavat” qəzetinin çap versiyasını müəyyən müddət dayandırmaq haqda biz də düşünürük. Çünki vəziyyətimiz olduqca çətindir. Amma mümkün qədər fədakarlıq edərək, bu durumu uzatmaq haqqında da düşünürük, müqavimət göstəririk. Çünki “Yeni Müsavat”ın 27 illik tarixi var. Bu, Azərbaycanın ikinci cümhuriyyət olmasından daha yaşlı bir tarixdir. Buna görə də istərdik ki, çap mediası dəfn olunmasın. Onlayn medianı da paralel gücləndirərək, gələcəyə hazırlaşmaq və gələcək kateqoriyasında da öz yerimizi tutmaq haqqında qərarlıyıq".(musavat)

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.