banner
banner

Dünya

Türkiyədə qadınlar hərbi xidmətə aparılmayacaq

Türkiyədə qadınlar hərbi xidmətə aparılmayacaq
Türkiyədə qadınlar hərbi xidmətə aparılmayacaq. 
 
ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bəyanat yayıb. Bəyanatda bildirilir ki, qadınların könüllülük əsasında hərbi xidmətə aparılacaqlarına dair xəbərlər həqiqəti əks etdirmir. Bəyanatda həmçinin qeyd edilib ki, Milli Müdafiə Nazirliyinin bu istiqamətdə har hansı bir çalışması da yoxdur.
 
Son günlər Türkiyənin bəzi KIV-lərində və sosial şəbəkələrdə qadınların könüllülük əsasında hərbi xidmətə aparılacaqlarına dair xəbərlər yayılmışdı.   
 
Qeyd edək ki, Azərbaycan qanunvericiliyində qadınların könüllülük əsasında hərbi xidmətdən keçməsi nəzərdə tutulur. "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 26-cı maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları və digər şəxslər aşağıdakı hərbi xidmətlərə könüllü daxil ola və qəbul edilə bilərlər:
 
- əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi hərbi xidmətinə - qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlərdən, gizirlərdən və miçmanlardan başqa), habelə 19 yaşından 40 yaşınadək qadınlar;
 
- gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə - azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlərdən başqa), habelə 19 yaşından 40 yaşınadək qadınlar;
 
- zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.