banner
banner

Gündəm

YAP Rüstəm İbrahimbəyovun Bakıya gəlib-getməsi haqda

YAP Rüstəm İbrahimbəyovun Bakıya gəlib-getməsi haqda

"İnsanın yaxınının yas mərasiminə gəldikdən sonra onun hüquq-mühafizə orqanlarına, hətta törətdiyi cinayətə görə belə çağırılması humanistlik prinsiplərinə ziddir".

Bunu "Report"a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə kinodramaturq, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun qardaşı Maqsud İbrahimbəyovun yas mərasimində iştirak etmək üçün Azərbaycana buraxılmasına münasibət bildirərkən deyib ki, bu presidentin özü Azərbaycan dövlətinin humanistliyini, insana diqqəti hər şeydən üstün tutduğunu göstərir: "Onun ölkədə sərbəst hərəkəti humanistliyin göstəricisidir".

Qeyd edək ki, kinodramaturq Rüstəm İbrahimbəyov qardaşının dəfnində iştirak etmək üçün yaşadığı Moskva şəhərindən Bakıya gəlib. O, Bakıda bir neçə gün qaldıqdan sonra Rusiyaya dönüb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.