Azərbaycanda və dünyanın bir çox ölkələrində Facebook sosial şəbəkəsinin istifadəçiləri kütləvi virusun yayılmasından şikayət edirlər.
Oxu.Az xəbər verir ki, istifadəçilərə dostlarından onların fotoşəkillərdə və ya videolarda qeyd olunması barədə xəbərdarlıqlar gəlir.
Linkə keçiddən sonra virus yoluxmuş hesablardan həmin məlumatı paylaşmağa başlayır.
Virusa yoluxmamaq üçün əsas məsləhət – heç bir halda dostlarınızdan daxil olan şübhəli məlumatı açmayın. Yox, həmin məlumatı açmışsınızsa, o zaman mütləq parolu dəyişin və öz kompüteriniz, yaxud telefonunuzda virusun yayılıb-yayılmadığını yoxlayın!
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.