Ailənin tək oğlanları əsgər gedəcəkmi? - Milli Məclisdə müzakirə
Ailənin tək oğlunun ön cəbhəyə aparılması, eyni zamanda magistr təhsili alan tələbələrə möhlət hüququnun verilməsi zaman-zaman müzakirə mövzusuna çevrilib.
CİA.Az Musavat.com-a istinadən xəbər verir ki, Milli Məclisin iclaslarında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov və Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov dəfələrlə magistrlərə hərbi xidmətdən möhlət verilməsi məsələsinə yenidən baxılmasını təklif ediblər.
Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü Zahid Oruc isə ailənin tək oğlunun ön cəbhədə xidmət etməsinin əleyhinə olduğunu vurğulayıb: “İstənilən şəkildə ailənin tək övladının ön cəbhədə xidmət məsələsinə mütləq baxılmalıdır. Zənn edirəm ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bütün çağırışçıların göndərişini həyata keçirərkən belə şəxsləri istisna hal kimi digər siyahılara daxil etməli, onlar cəbhəyanı ərazilərdən 30-40 kilometr uzaqlıqda xidmətə çağrılmalıdır ki, ailənin çırağı da sönməsin”.
Deputatın bu çıxışı xüsusilə, bu il sentyabrın 27-də erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində Hacıqabuldan olan şəhid Allahverdi Baxışlının yeganə oğlu Əbülfəz Baxışlının da şəhid olmasından sonra aktuallaşıb.
Sözügedən hər iki məsələ uzun müddətdir müzakirə edilsə də, nəticə hasil olmayıb.
Müdafiə xarakterli məsələlər olduğundan Modern.az saytı Müdafiə Nazirliyinin də mövqeyini öyrənib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, polkovnik Vaqif Dərgahlı saytımıza açıqlamasında bildirib ki, bu, Müdafiə Nazirliyindən asılı məsələ deyil:
“İstənilən halda, sözügedən məsələlər Mili Məclisin müzakirəsi və qərarı ilə həll oluna bilər”.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.