banner
banner

Hərbİ

Mart ayında ermənilər atəşkəs rejimini 3746 dəfə pozub

Mart ayında ermənilər atəşkəs rejimini 3746 dəfə pozub

Mart ayında erməni silahlı bölmələri atəşkəs rejimini 3746 dəfə pozub.

Cia.az-ın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 mm çaplı minaatanlardan, iriçaplı pulemyotlardan da istifadə etməklə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Bütün hallarda Azərbaycan Silahlı Qüvvələrinin fəaliyyəti nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədi və işğal olunmuş ərazilərdəki qoşunların təmas xəttində düşmənin təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Nəticədə xeyli sayda erməni hərbçisi öldürülüb, düşmənin hərbi texnikaları məhv edilib.

Mart ayı ərzində atəşkəsin pozulmasına görə ilk yerdə cəbhəninAğdam istiqaməti gəlir. Qarabağ cəbhəsində atəşkəs pozuntularının sayına görə ikinci yerdə Füzuli rayonudur. Qarabağ cəbhəsi üzrə atəşkəs martda Cəbrayıl rayonu, Tərtər rayonu və Xocavənd rayonu istiqamətində də pozulub.

Ermənistan ordusu atəşkəs rejimini mart ayında Goranboy, Qazax, Gədəbəy, Tovuz, Göygöl və Ağstafa rayonu istiqamətində də pozub.

Mart ayında düşmənin törətdiyi təxribat nəticəsində Silahlı Qüvvələrin hərbi qulluqçusu kiçik çavuş Abbaszadə Elşad Raquf oğlu, Silahlı Qüvvələrin zabiti leytenant Zülfüqarlı Qalib Laim oğlu və əsgər Hacıyev Qəfərəli İntiqam oğlu şəhid olublar.

Qeyd edək ki, fevral ayında atəşkəs 3491 dəfə pozulub.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.