Cəbhədə vəziyyət: Sərsəng su anbarının bir addımlığında
Ağdərə (Mardakert) rayonundakı Talış kəndinin azad olunması üzrə xüsusi əməliyyatın təfərrüatları məlum olub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri, kəskin hücuma keçərək, demək olar ki, itki vermədən Qazaxlılar kəndini keçmiş və Talış kəndi ətrafında beş strateji yüksəkliyi ələ keçirmişlər.
Azərbaycan ordusu Ağdərə rayonunun ən böyük kəndlərindən olan Talışı ələ keçirib və strateji əhəmiyyətli Keçəltəpə yüksəkliyinə yaxınlaşıb. Keçəltəpəni ələ keçirəcəyi təqdirdə, Azərbaycan ordusu Sərsəng su anbarına çıxır.
Qeyd edək ki, bu gün Ağdərə ilə qonşu olan Goranboy rayonunda yüksək vətənpərvərlik əhval-ruhiyyəsi nəzərə çarpır. Yüzlərlə insan, o cümlədən Ağdərənin azad olunmasında iştirak etmiş birinci Qarabağ müharibəsinin veteranları Azərbaycan ordusunun sıralarına qatılmaq və Ağdərə rayonunun azad olunmasında iştiirak etmək istədiklərini bildiriblər.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.