Erməni generalların məhvi əməliyyatının görüntüləri - VİDEO
Bu dəqiqələrdə Müdafiə Nazirliyi işğal altındakı ərazilərimizdə düşmən qüvvələrinin komanda-qərargah məntəqəsinin TOS-1A “Solntsepyok” odsaçanları ilə necə məhv edildiyinə dair pilotsuz uçan aparatdan çəkilmiş görüntüləri yayıb.
Cia.az xəbər verir ki, görüntülərdə əvvəlcə düzənlik-təpəlik ərazidəki tikili əksini tapır. Tikilinin həyətində bir neçə “CİP” və “Niva” avtomobilləri dayanıb. Belə görünür ki, onlar yüksək rütbəli erməni zabitlərinin xidməti maşınlarıdır. Bu vaxt tikili ağır odsaçan sistemdən endirilən termobarik raketlərin zərbələrindən yerlə yeksan olur və alova bürünür. Kadrları təqdim edirik.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.