banner
banner

Gündəm

Düşmən yalvarır: “Hospitallar yaralılarla doludur…”

Düşmən yalvarır:
Ermənistan hospitalları yaralılarla doludur. Dərmanlar çatışmır, nəqliyyat vasitələri yaralıları daşımaq üçün azlıq edir. Rəsmi məlumatda 18 ölü, 37 yaralı olduğu deyilir. Lakin reallıqda bu rəqəmlər çoxdur.
Bu barədə “Armenianreport” saytının hazırladığı reportajda deyilir.
Reportajda deyilir ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağda vəziyyət acınacaqlıdır.
“Yaralıların gətirildiyi İrəvanda bir qadın hönkür-hönkür ağlayır, qışqırırdı. O, “Nə üçün?” deyə soruşur və “cəhənnəm olsun bu quldurlar, oğrular, mənim oğlumu öldürdülər” deyə qışqırırdı. O, Azərbaycanı deyil, hakimiyyəti nəzərdə tuturdu. Mən ağlayan qadından artıq heç nə soruşa bilmədim. O, elə hey, “Heyvanlar, əclaflar mənim oğlumu öldürdülər” deyə qışqırırdı”, - reportajı hazırlayan erməni jurnalist Samvel Oqanesyan yazır.
 
Erməni jurnalist həmin qadının Maya adlı rəfiqəsindən baş verənlər haqda soruşur: “Rəfiqəsi deyir ki, onun oğlu şənbə günü səhər yaralanıb. Onu İrəvana hospitala gətiriblər. Hər şey yaxşı imiş, amma dərmanın yoxluğuna və həkimlərin səhlənkarlığına görə oğlan ölüb”.
Jurnalist yazır ki, hazırda Ermənistan ordusunda özbaşınalıq hökm sürür: “Əsgərləri soyurlar, zorakılıq edirlər. Pullarını əllərindən alırlar. Heç silah atmağı belə öyrətmirlər. Bu da nəticəsi!”
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.