banner
banner

Gündəm

Erməni KİV: 26 əsgərimiz yoxa çıxıb

Erməni KİV:

Ermənilər itkilərinin daha bir qismini etiraf ediblər.

APA-nın məlumatına görə, qondarma "Dağlıq Qarabağ Respublikası"nın "müdafiə ordusunun operativ şöbəsinin rəisi polkovnik" Vitaliy Arustamyan deyib ki, təkcə aprelin 2-nə keçən gecə baş vermiş insident nəticəsində Ermənistan tərəfdən 20 nəfər ölüb, 26 nəfər itkin düşüb, 72 nəfər isə  yaralanıb.
Arustamyan, həmçinin, 8 strateji yüksəkliyin Azərbaycan Ordusunun nəzarətinə keçdiyini də etiraf edib.
Qeyd edək ki, bundan əvvəl də Ermənistan prezidenti Serj Sarkisyan daha 18 nəfərin öldüyünü açıqlamışdı.
Məlumatlara görə, son insidentdə ermənilərin 140-dən hərbçisi məhv edilib və itkin düşüb, 500-dək isə yaralı var.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.