Azərbaycanın bəzi rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.
Azərbaycan Dövlət Neft Şirkətindən “APA-Economics”ə verilən məlumata görə, saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Böyükşor”, Hacıqabul Magistral qaz kəmərləri sahəsinin “İvanovka” və “Rəncbər”, Siyəzən Magistral qaz kəmərləri sahəsinin “Şabran Taxtalar” və “Qobustan”, Ağdaş Magistral qaz kəmərləri sahəsinin “Lək” və “Katex”, Ağdam Magistral qaz kəmərləri sahəsinin “Bərdə”, “Kətəlparaq”, “Tərtər” və “Azadqaraqoyunlu”, Qazax Magistral qaz kəmərləri sahəsinin “Yuxarı Salahlı” Qazpaylama stansiyalarında, eləcə də Qaztənzimləmə məntəqələrində təmir işləri aparılacaq.
Təmir müddətində Hacıqabul rayonun Rəncbər, Ucar rayonun Lək, Balakən rayonun Katex, İsmayıllı rayonun İvanovka, eləcə də Qazax rayonun Yuxarı Salahlı və Aslanbəyli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Aparılan işlərin Tərtər, Şabran və Qobustan rayonlarının qaz təchizatına təsir göstərməsi də mümkündür.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.