banner
banner

Hərbİ

2 min rus əsgəri Ermənistanda

2 min rus əsgəri Ermənistanda

Ermənistanda yerləşən Rusiya hərbi bazasında təlimlərinə start verilib.

AzNews.az-ın məlumatına görə, "Kamxud" və "Alagöz" poliqonlarında keçirilən təlimlərə motoatıcı alayların 2 mindən çox yeni çağırılmış əsgəri cəlb edilib.

Təlimlərdə hərbiçilərin döyüş zamanı taktiki, atıcı, topoqrafik, kəşfiyyat və xüsusi mühəndis bilikləri yoxlanılacaq. Yayılan xəbərdə qeyd edilir ki, şəxsi heyət praktikada döyüş mövqelərinin alınması və hazırlanması, minaaxtaranlar və müasir portativ rabitə avadanlıqları ilə bölgənin kəşfiyyatının aparılmasını öyrənəcək. Bundan əlavə hərbi nəqliyyat vasitələrində hərəkət, döyüşə qatılmaq və dağlıq-meşə ərazisindən istifadə edərək döyüşdən çəkilmək taktikaları praktikada nəzərdən keçiriləcək.

Qeyd edək ki, qış mövsümü ilə əlaqədar olaraq keçirilən təlimlər 2 etapdan ibarətdir. 2015-ci ilin fevralında başlanacaq 2-ci təlimlərə tank birlikləri də qatılacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.