banner
banner

Gündəm

Sarkisyan Berlində etirazla qarşılandı - Azərbaycanlıların mitinqi +Foto+Video

Sarkisyan Berlində etirazla qarşılandı -

Ermənistan prezidenti Serj Sarkisyan bu gün Almaniyaya səfərə gedib. O, səfər əsnasında Almaniya kansleri Angela Merkel və Almaniya dövlət başçısı Yoaxim Qaukla görüşərək Qarabağ məsələsini müzakirə edəcək.

Hazırda görüşün baş tutacağı Federal Kansler binasının qarşısında xeyli sayda azərbaycanlı var. Onlar erməni prezidentinə qarşı keçirilən mitinqdə iştirak edərək bir milyondan çox məcburi köçkünə dəstək nümayiş etdirir, son günlər cəbhə xəttində baş verən erməni təxribatlarına etiraz edirlər.

Etiraz mitinqində iştirak edən soydaşlarımızın sözlərinə görə, hazırda Sarkisyan Federal Kansler binasına daxil olub. Aksiya iştirakçıları “Qarabağ bizimdir, bizim olacaq” şüarlarını səsləndirir. Binanın qarşısında 300-dən çox etirazçı var.

Mitinq iştirakçıları əvvəlcə dövlət himnini, daha sonra əsgər marşını oxuyublar. Qadağan olunsa da, aksiyada "Sarkisyan terrorçu" şüarı da səsləndirilib.

Artıq yarım saatdan çox davam edən aksiyada iştirakçılar alman, ingilis dillərində çıxışlar edir, “vur, komandir, vur” , “ya Qarabağ, ya ölüm” , “Şəhidlər ölməz, vətən bölünməz”şüarları səsləndirirlər.

Sarkisyan Berlində etirazla qarşılandı  -  Azərbaycanlıların mitinqi +Foto+Video
Sarkisyan Berlində etirazla qarşılandı  -  Azərbaycanlıların mitinqi +Foto+Video

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.