Müdafiə Nazirliyi facebook istifadəçilərinə müraciət etdi: "ŞİKAYƏT EDİN"
Müdafiə Nazirliyinin mətbuat xidməti facebook istifadəçilərinə müraciət edib.
Cia.az-ın mətbuat xidmətinə istinadənməlumatına görə, artıq bir neçə gündür ki, nazirliyin rəsmi facebook səhifəsi fəaliyyətə başlayıb. Səhifənin yaradılmasında məqsəd nazirliyin təqdim etdiyi məlumatları operativ şəkildə ictimaiyyətə çatdırmaqdan ibarətdir. Bununla yanaşı, facebook sosial şəbəkəsində Müdafiə Nazirliyinin adından saxta profillər yaradılır: “Rəsmi olaraq bildiririk ki, https://www.facebook.com/www.mod.gov.az səhifəsindən başqa yaradılan səhifələrin heç birinin Müdafiə Nazirliyinə aidiyyəti yoxdur və orada yayılan məlumatlar nazirliyin mövqeyini əks etdirmir”.
"Facebook" istifadəçilərindən həmin saxta səhifələrdən şikayət etmələri xahiş olunur.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.