banner
banner

Gündəm

Şəhidin izdihamlı dəfn mərasimi: Deputatlar və icra başçıları da başsağlığına gəldilər - FOTOLAR

Şəhidin izdihamlı dəfn mərasimi:
Aprel ayını 2-dən təmas xəttində başlayan döyüşlərdə şəhid olan əsgərimiz Müşfiq Orucovun yas mərasimi keçirilib. Böyük izdihamın müşahidə olunduğu yas mərasimində millət vəkilləri, icra başçıları, şəhidin sinif yoldaşları, tələbə yoldaşları və qohumları iştirak ediblər.
 
Musavat.com-un məlumatına görə, təmas xəttində başlayan döyüşlərdə qəhrəmancasına şəhid olan əsgərin yas mərasimi “Həzi Aslanov” metrostansiyasının yaxınlığındakı mərasim evində baş tutub.
 
Tərtər rayonu istiqamətində gedən döyüşlərdə həlak olan şəhidin yas mərasiminə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, deputatlar Hüseynbala Mirələmov  və İmamverdi İsmayılov, Xətai Rayon Polis İdarəsinin və Müdafiə Nazirliyinin əməkdaşları da qatılıb. 
 
Böyük izdihamın müşahidə olunduğu mərasimdən əvvəl məktəblilər “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirərək, mərasim zalının qarşısına toplaşıblar.
 
Şəhid M.Orucovun atası Arif Orucov oğlunun vətən uğrunda şəhid olmasından qürur duyduğunu deyib.
 
Şəhid atası deyib ki, oğlu həm valideyinlərinin, həm də Azərbaycanın başını uca edib: “Mən həmişə onunla fəxr etmişəm. Başımızı həmişə uca edib. Gənc yaşda itirdik, onu... Diplomunu görə bilmədi. Universitetdə “vinetka” çəkdirmişdi. Onu da görə bilmədi. Gənc yaşda vətən uğrunda şəhid oldu. Vətən sağ olsun. Təki işğal olan torpaqlarımız düşmən tapdağından azad edilsin”.
 
1994-cü ildə anadan olan şəhid M.Orucov 2015-ci ilin iyun ayında Zəngilan rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmət çağırılıb. Hərbi xidmətini başa vurmasına 3 aydan az bir zaman qalan M.Orucov aprelin 2-dən 3-nə keçən gecə düşmənlə döyüşdə şəhid olub.
 
Hərbi xidmətdə olduğu müddətdə ailəsinin istəyinə baxmayaraq, məzuniyyətə gəlməyən Müfiq Orucov bu ayın 25-də tələbə yoldaşının toyuna gəlmək istəyirmiş. 
 
Zəngilan rayonundan məcburi köçkün olan Müşviq Orucov ailəsi ilə birlikdə Xətai rayonunda Hacı Zeynalabdin Tağıyev adına toxuculuq zavodunun yataqxanasında bir otaqlı mənzildə yaşayırdı. 
 
Atası Arif Orucov yataqxananın yaxınlığındakı Zəngilan məktəbində hərbi müəllimi, anası Aygün Orucova da rus dili müəlliməsi kimi fəaliyyət göstərib.
 
Şəhidin anası Aygün Orucova aprelin 6-da “Heydər” məscidində millət vəkili, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın şəhid anaları və ailə üzvləri ilə görüşündə iştirak edib. “Heydər” məscidinin mərasim zalında şəhid olan əsgərlərin ailə üzvləri ilə görüş keçirilib, ehsan verilib.
 
 
 










Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.