banner
banner

Hərbİ

“Ermənilərin yüzlərlə hərbçisi məhv edilib” - General

“Ermənilərin yüzlərlə hərbçisi məhv edilib” - General

Azərbaycanın ərazi bütövlüyün uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi həmişə əziz tutulmalı, onların ailələri daim diqqət və qayğı ilə əhatə olunmalıdır.

Cia.az xəbər verir ki, bunu milli.az-a keçmiş hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib. Onun fikrincə, bu, cəmiyyətdə daha böyük ruh yüksəkliyi yaradacaq və insanlar düşmənə qarşı daha həvəslə döyüşmək əzmində olacaqlar: 

"Azərbaycanda şəhid ailələri həmişə dövlət başçısının və Müdafiə Nazirliyinin rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunub. Sözsüz ki, bu qayğı nə dövlətimiz, nə xalqımız tərəfindən heç zaman azalmayacaq. Cəbhədə son döyüş əməliyyatları zamanı biz 31 şəhid vermişik, ermənilərin isə yüzlərlə hərbçisi məhv edilib. Hesab edirəm ki, dövlətimiz bütün şəhidlərimizin ailələrinə və yaxınlarına qayğısını bundan sonra da əsirgəməyəcək. Heç bir dövlətdə şəhid ailələrinə bizdə göstərilən qədər diqqət və qayğı yoxdur".

 Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.