Təcili: Xankəndinə pilotsuz təyyarə göndərildi, partlayışların səbəbi məlum oldu
Ötən axşam ATƏT-in Minsk Qrupunun həmsədrlərinin işğal altındakı Xankəndində Dağlıq Qarabağ qond arma rejiminin rəhbərliyi ilə görüş keçirdiyi saatlarda şəhərdə eşidilən partlayışların və pulemyot səslərinin səbəbi məlum olub.
Qondarma rejimin güc strukturlarındakı mənbələr ötən axşam Xankəndinin üzərində Azərbaycana aid pilotsuz kəşfiyyat təyyarəsinin vurulduğunu “İnterfaks”a bildirib.
Mənbə bildirib ki, pilotsuz uçan aparat döyüş təyinatlı deyil, kəşfiyyat təyinatlı olub. O, yerdən Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən vurulub. Mənbə təsdiq edib ki, həmin saatlarda Xankəndində həmsədrlərin danışıqları gedirdi. “İnterfaks” ilk dəfədir Azərbaycanın Xankəndi üzərinə pilotsuz təyyarə göndərdiyini bildirir.
Xatırladaq ki, ötən axşam Xankəndində həmsədrlərin görüşlərini izləyən rusiyalı jurnalistlər şəhərdə güclü partlayışların və pulemyot səslərinin eşidildiyini xəbər veriblər. Separatçı rejimin təmsilçiləri bu partlayışlarla bağlı izahat verməyib. Daha sonra “İnterfaks” ehtimal edib ki, partlayış və atəş səsləri döyüşlərin dayanmasından sevinən ermənilərin bayram atəşfəşanlığı ola bilərdi...
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.